Sərbəst güləş üzrə açıq birincilikdə AzMİU-nun 18 tələbəsi qalib olub

Sərbəst güləş üzrə açıq birincilikdə AzMİU-nun 18 tələbəsi qalib olub Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə açıq birincilik keçirilib.
Yarışda AzMİU və onun nəzdində İnşaat Kollecinin tələbələri daxil olmaqla Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Texniki Universitetindən (AzTU) ümumilikdə 50 idmançı öz qüvvəsini sınayıb. Müxtəlif çəki dərəcələrində keçirilən yarışlarda qaliblər müəyyən edilib. Müxtəlif çəki dərəcələrində AzMİU-nun 18 tələbəsi yarışın qalibləri sırasında yer alıb. Onlar 1-ci, 2-ci, 3-cü yerləri bölüşüblər.
Qaliblər AzMİU tərəfindən təsis edilmiş diplom, medal və Milli Olimpiya Komitəsinin hədiyyələri ilə mükafatlandırılıb.
Qeyd edək ki, komanda hesabında AzMİU 1-ci, AzTU 2-ci, ATU isə 3-cü yeri qazanıb.

Tehsil-press.az



Oxşar xəbərlər