
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
"Rusiya nüvə silahını Belarus Respublikasına təhvil vermir: ona nəzarət və istifadə qərarı Rusiya tərəfinin ixtiyarındadır" deyə Şoyqu Rusiya qeyri-strateji nüvə silahlarının respublika ərazisində xüsusi anbarda saxlanılması qaydasını müəyyən edən sənədlərin imzalanması zamanı vurğulayıb.
. Belarus tərəfdən sənədləri respublikanın müdafiə naziri Viktor Hrenin imzalayıb.
Bununla yanaşı, Şoyqu qeyd edib ki,gələcəkdə Birlik dövlətinin təhlükəsizliyini təmin etmək və hərbi-siyasi vəziyyətə cavab vermək üçün əlavə tədbirlər görülə bilər.
Tehsil-press.az