
“İclasda müdafiə və hərbi təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələr kompleksinə baxılacaq”, - deyə Rusiya Müdafiə Nazirliyinin sözçüsü bildirib. Bundan başqa, 2019-cu ildə hərbi sahədə qarşılıqlı əlaqələrin yekun vurulması, MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyası layihəsinə baxılması nəzərdə tutulur.
Qeyd edək ki, Müdafiə Nazirləri Şurasının iclasında Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Müdafiə Nazirliklərinin nümayəndələri iştirak edəcəklər.
Tehsil-press.az