ADU-da pedaqoji və istehsalat təcrübələrinə yekun vurulub

ADU-da pedaqoji və istehsalat təcrübələrinə yekun vurulub Azərbaycan Dillər Universitetində (ADU) 2022-2023-cü il tədris ilinin pedaqoji və istehsalat təcrübələrinin yekun konfransı keçirilib.
Konfransda ölkənin müxtəlif dövlət və özəl qurumlarının nümayəndələri, pedaqoqlar, təcrübə rəhbərləri və şagirdlər iştirak ediblər.
Konfransda çıxış edən ADU-nun rektoru akademik Kamal Abdulla 4-cü kurs tələbələrinin üç ay müddətində müxtəlif dövlət və özəl qurumlarda pedaqoji və istehsalat təcrübələrində uğurla iştirak etdiklərini vurğulayıb.
Universitetin Əlavə təhsil, təcrübə və karyera şöbəsinin müdiri Məmməd İsmayılov təcrübələrin yekunları haqqında məlumat verib. Bildirilib ki, müxtəlif dövlət və özəl qurumlarda təcrübə keçən tələbələr özlərini ən yaxşı tərəfdən göstərə biliblər, etimadı doğruldublar və məzun olacaqları universiteti layiqincə təmsil ediblər.
Tədbir iştirakçıları pedaqoji təcrübəyə həsr olunan videoçarxı izləyiblər.
Digər çıxış edənlər də təcrübə müddətində tələbələrin özlərini yüksək mənəvi əxlaqi keyfiyyətləri ilə şagirdlərə sevdirə bildiklərini vurğulayıblar.

Tehsil-press.az


Oxşar xəbərlər