
Rektorlar AzTU və İTÜ arasında mövcud əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıblar. Həmçinin müvafiq sahələr üzrə yeni əməkdaşlıq imkanları müzakirə olunub.
Daha sonra İTÜ nümayəndə heyəti və AzTU-nun struktur rəhbərlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
Rektor Vilayət Vəliyev qonaqlara AzTU-da həyata keçirilən və perspektivdə nəzərdə tutulan yeni layihələr barədə ətraflı məlumat verib.
Nümayəndə heyəti ilə müzakirələr zamanı mütərəqqi nəqliyyat texnologiyaları, elektromobillər, yaşıl enerji, dağ-mədən sənayesi, yeni materiallar, dəmiryolu, süni intellekt və kibertəhlükəsizlik, müdafiə sənayesi sahəsində tətbiq olunan texnologiyalar, enerji texnologiyaları kimi sahələrdə birgə layihələrin yerinə yetirilməsi imkanları müzakirə olunub.
Tərəflər, eyni zamanda, süni intellekt və kibertəhlükəsizlik, həmçinin enerji sahələrində birgə tədqiqat mərkəzlərinin yaradılması imkanlarını da müzakirə ediblər.
Tehsil-press.az