
Görüşdə Azərbaycan Texniki Universiteti ilə BTU arasında mövcud əməkdaşlıq imkanları müzakirə olunub, həmçinin gələcəkdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Rektor Vilayət Vəliyev AzTU-da yeni yaradılan Alman mühəndislik fakültəsi barədə qonaqlara məlumat verib. Bildirib ki, fakültə alman mühəndislik konsepsiyası əsasında qurulacaq. Fakültənin formalaşmasında BTU-nun təcrübəsindən də istifadə edilməsi planlaşdırılır.
AzTU-da olmaqdan məmnunluğunu ifadə edən Sylvio Simon yeni yaradılan fakültənin işinə uğurlar arzulayıb. Sylvio Simon Alman mühəndislik fakültəsinin yaradılmasının AzTU ilə BTU arasında əlaqələrin inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.
Tehsil-press.az