
Qırğızıstan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi hakimiyyəti zorla ələ keçirmək məqsədilə ölkədə üsyanlar təşkil etmək üçün gizli hazırlıq görən bir qrup şəxsin qanunsuz fəaliyyətini aradan qaldırıb. Verilən məlumatda 30-dan çox adamın həbs edildiyi bildirilir. Tutulanlar cinayətlərini etiraf ediblər. Dövlət Milli Təhlükəsizlik Komitəsi Xalq Şurası Partiyasının liderini 100-dən çox adamdan ibarət bu qruplaşmanın təşkilatçısı olmaqda və hakimiyyəti ələ keçirmək planlarını müzakirə etmək üçün gizli görüşlər keçirməkdə ittiham edir.
Rusiya ilə müttəfiq olan və Çinə yaxınlaşan keçmiş sovet respublikası Qırğızıstan 1991-ci ildə SSRİ-nin dağılmasından sonra üç dəfə dövlət çevrilişi və çoxsaylı siyasi böhranlarla üzləşib.
Maraqlıdır ki, həbslər Avropa Şurasının sədri Şarl Mişelin Qırğızıstana səfərindən və prezident Sadyr Japarovun “Avropa İttifaqı ilə əl-ələ verib işləməyə hazır olduğunu” bəyan etməsindən cəmi bir neçə gün sonra baş verib.
Tehsil-press.az