Memarlıq və İnşaat Universitetinin adı beynəlxalq reytinq bazasına dördüncü dəfə daxil edilib

Memarlıq və İnşaat Universitetinin adı beynəlxalq reytinq bazasına dördüncü dəfə daxil edilib Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) adı bu il dördüncü dəfə “UI Green Metric World University” reytinq bazasında dünyanın ən ekoloji universitetləri siyahısına daxil edilib.
AzMİU dünyanın 912 universiteti arasında 387-ci yerdə, ölkəmizin ali təhsil müəssisələri üzrə isə 1-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, “UI Green Metric World University” reytinq bazası İndoneziya Universiteti tərəfindən 2010-cu ildən nəşr olunur. Siyahıya düşmək üçün istehlak və enerjiyə qənaət göstəriciləri, su ehtiyatlarının səmərəli istifadəsi, tullantıların saxlanması və emalı, ətraf mühitə uyğun nəqliyyat vasitələrinin istifadəsi və kampus ərazisində yaşıllıq sahəsi qiymətləndirilir. Eyni zamanda, reytinqdə təhsil və elmi fəaliyyət göstəriciləri nəzərə alınır.
“UI Green Metric World University” ekologiya sahəsində yeganə beynəlxalq reytinq bazasıdır və məqsədi ətraf mühit problemlərinin həllinə kömək etməkdir.

Tehsil-press.az

Oxşar xəbərlər