Memarlıq və İnşaat Universiteti ekologiya sahəsində yeganə beynəlxalq reytinq bazasına daxil edilib

Memarlıq və İnşaat Universiteti ekologiya sahəsində yeganə beynəlxalq reytinq bazasına daxil edilib Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) bu il 4-cü dəfədir ki, “UI Green Metric World University” reytinq bazasına ekoloji cəhətdən dünyanın ən ekoloji universitetlər siyahısına daxil olub.
“UI Green Metric World University” reytinqi İndoneziya Universiteti tərəfindən 2010-cu ildən nəşr olunur. AzMİU dünyanın 956 universiteti arasında 596-cı yerdə qərarlaşıb. Ölkə üzrə universitet 1-ci yerdə qərarlaşıb.
Reytinq istehlak və enerjiyə qənaət göstəriciləri, su ehtiyatlarının səmərəli istifadəsi, tullantıların saxlanması və emalı, ətraf mühitə uyğun nəqliyyat vasitələrinin istifadəsi və kampus ərazisində yaşıllıq sahəsini qiymətləndirir. Eyni zamanda, reytinqdə təhsil və elmi fəaliyyət göstəriciləri nəzərə alınır.
“UI Green Metric World University” ekologiya sahəsində yeganə beynəlxalq reytinqdir və onun məqsədi akademik cəmiyyətin diqqətini cəlb edərək ətraf mühit problemlərinin həllinə kömək etməkdir.

Tehsil-press.az

Oxşar xəbərlər