“HE Higher Education Ranking” nəşri 2023-cü il üçün reytinq cədvəlini tərtib edib. Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilk dəfə “HE Higher Education Ranking” sisteminə daxil olub və 6207 balla 37-ci yerdə qərarlaşıb.
Azərbaycandan 5 ali təhsil müəssisəsinin daxil olduğu reytinq cədvəlində ölkə üzrə AzMİU birinci yerdədir. Siyahıya Bolqarıstanın Sofiya Universiteti rəhbərlik edir.
“HE Higher Education Ranking” ali təhsil müəssisələrini xüsusi meyarlara və ali təhsil müəssisələrinin fəaliyyətinin və nəticələrinin yaxşılaşdırılmasına töhfə verən fəaliyyət göstəricilərinə görə sıralayan elmi, akademik və tədqiqat reytinqi qurumudur. Reytinq akademik şəffaflığın və azadlığın dəstəklənməsinə, məlumat və faktlara çıxışın təmin edilməsinə, ali təhsil müəssisələrinin mədəni, sosial və elmi təsirinə nail olunmasına, sosial bərabərliyin təşviqinə, ali təhsil müəssisələrində ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına əsaslanır. Reytinq universitetin bütün səviyyələrdə 25 meyar və 163 fəaliyyət göstəricisi üzrə ölçülməsinə əsaslanır və beləliklə, universitetin inkişafını və təkmilləşdirilməsini təmin edir.
Tehsil-press.az