
Makron bu haqda iğtişaşlardan zərər çəkmiş kommunaların merləri ilə görüşdə danışıb.
“Sosial şəbəkələrdən qanunsuz toplantılar və ya sui-qəsd cəhdləri üçün istifadə olunan hallarda müzakirə ediləcək çox şey var”, - deyə Fransa Prezidenti bu məsələ ilə bağlı ayıq müzakirənin vacibliyini vurğulayıb.
Qeyd edək ki, iyunun 27-də Nanter şəhərində polis əməkdaşının yol hərəkətinə nəzarət zamanı 17 yaşlı əlcəzairli sürücünü güllələyərək öldürməsi ölkədə kütləvi narazılığa səbəb olub.
Tehsil-press.az