
Müzakirələrə politoloq Gevorq Danielyan da qoşulub.
O, hazırda Azərbaycanın Ermənistandan Qarabağdakı hərbi birləşmələrini çıxartmağı tələb etdiyi xatırladıb. İddia edib ki, Qarabağda erməni hərbi birləşmələri yoxdur, ancaq Azərbaycan bunu tələb edir.
“Sabah müharibə təhlükəsi ilə onlar (azərbaycanlılar – red.) heç bir məhkəmə və mühakimə olmadan tələb edəcəklər ki, biz onlara hərbi cinayətlərə görə 200 milyard dollar təzminat ödəməliyik. Azərbaycan artıq təxminatla bağlı yüksək səviyyədə “əsaslandırma və hesablamalarla” (fərqləndirmə Danielyanındır – red.) məşğuldur”, - o qeyd edib.
Tehsil-press.az