"Xəzər”in tələbəsi Hacı Zeynalabdin Tağıyev medalı ilə təltif olunan ən gənc şəxs oldu

İyulun 20-də Beynəlxalq İnformasiya Agentliyi tərəfindən “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri, baş iqamətgahı Türkiyədə yerləşən BZT Akademiyanın Azərbaycan nümayəndəliyinin idarə heyətinin üzvü, Xəzər Universitetinin 4-cü kurs tələbəsi Şahin Əliyev Azərbaycan dövləti və dövlətçiliyinin inkişafında göstərdiyi müstəsna xidmətlərinə görə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınan I dərəcəli “Hacı Zeynalabdin Tağıyev” medalı ilə təltif olundu.
Medalı BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqlarının müdafiə komitəsinin eksperti, Beynəlxalq Zaparoji Kazakları komissarlığının General-Mayoru, Beynəlxalq Polis Akademiyasının Türkiyə üzrə Komissarı, Beynəlxalq informasiya agentliyinin direktoru, AYB və AJB-nin üzvü, prezident təqaüdçüsü, “Əbədi Birlik” Gənclər İctimai Birliyinin fəxri üzvü Mirdaməd Əzizov təqdim etdi.
Qeyd edək ki, Şahin Əliyev I dərəcəli “Hacı Zeynalabdin Tağıyev” medalına layiq görülən ən gənc şəxsdir.

Tehsil-press.az

"Xəzər”in tələbəsi Hacı Zeynalabdin Tağıyev medalı ilə təltif olunan ən gənc şəxs oldu

"Xəzər”in tələbəsi Hacı Zeynalabdin Tağıyev medalı ilə təltif olunan ən gənc şəxs oldu





Oxşar xəbərlər