
Makron ictimai asayişin təmin edilməsi ilə belə halların aradan qaldırıla biləcəyini bildirib.
“Bələdiyyə binalarının, gimnaziyaların və kitabxanaların yandırılmasına səbəb olan bu zorakılıq və talanlardan mənim çıxardığım dərs ictimai asayişin qorunmasıdır”, - deyə Fransa Prezidenti qeyd edib.
Makron bu prosesdə həll yolu təqdim etmədiyi üçün tez-tez tənqid edilən Baş nazir Elizabet Borna tam etibar etdiyini söyləyib.
Qeyd edək ki, Fransada iyunun 27-də polisin 17 yaşlı gənci öldürməsindən sonra etirazlar başlamışdı.
Tehsil-press.az