Bayden dünyanın möcüzələrinin sayını qarışdırdı

Bayden dünyanın möcüzələrinin sayını qarışdırdı ABŞ Prezidenti Co Bayden Ağ Evdə çıxışı zamanı yenə səhvə yol verib.
Bayden bu dəfə dünyanın möcüzələrinin sayını qarışdırıb.
“Böyük Kanyon dünyanın doqquz möcüzəsindən biridir, düşünün, heyrətamizdir. ABŞ-nin dünyaca məşhur simvolu”, - deyə ABŞ lideri bildirib.
Qeyd edək ki, Böyük Kanyon dünyanın ən dərin kanyonlarından biridir. Arizona ştatının şimalında yerləşir. Onun uzunluğu 446 km, maksimal dərinliyi isə 1857 metrdir.

Tehsil-press.az


Oxşar xəbərlər