Zelenski ilə Mitsotakis razılıq əldə etdi

Zelenski ilə Mitsotakis razılıq əldə etdi Ukrayna Prezidenti Volodimir Zelenski Yunanıstana səfər edib.
Bu barədə Ukrayna liderinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Zelenski orada Baş nazir Kiriakos Mitsotakislə görüşəcək.
Zelenskinin Mitsotakislə görüşü Meqaro Maksimunun iqamətgahında baş tutacaq. Sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş olacaq.
***
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Afinada Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuat konfransı keçirib.
Konfransda Yunanıstanın ukraynalı pilotların “F-16” təyyarələrinin təlimində iştirak etmələri, həmçinin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı G7 bəyannaməsinə qoşulması barədə razılığa gəlinib.
"Yunanıstan artıq Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı G7 bəyannaməsinə qoşulub. Biz təhlükəsizlik təminatlarına ehtiyacı olan digər dövlətlər üçün modelə çevirmək istiqamətində bu işi ikitərəfli səviyyədə davam etdirəcəyik. Dünya bir dövlət kimi daha sabit olacaq... Yunanıstan “F-16” pilotlarımızın təlimində iştirak edəcək. Biz buna görə sizə minnətdarıq”, - deyə Zelenski bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər