Lənkəranda 1500-dən çox tələbə toplaşdı 

Lənkəranda 1500-dən çox tələbə toplaşdı  Aprelin 5-də Lənkəran Dövlət Universitetində Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlarla əlaqədar mitinq keçirilib. Universitet Tələbə Gənclər Təşkilatının keçirdiyi mitinqdə 1500-dən çox tələbə iştirak edib.

Tehsil-press.az xəbər verir ki, əllərində “Azərbaycan əsgəri, biz səninlə fəxr edirik!”, “Erməni əsgəri, rədd ol Azərbaycan torpağından!”, “Torpaq, uğrunda ölən varsa vətəndir!”, “Azərbaycanın hər bir əsgəri Mübarizdir!” , “LDU tələbələri Prezidentimizin ətrafındadır!” və s. sözləri yazılmış şüarlar uzaqdan diqqəti cəlb edib.
Tədbirin sonunda Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Nizami Yusubov çıxış edərək deyib ki, ölkə başçısı İlham Əliyevin tapşırığına Lənkəran Dövlət Universitetinin gəncləri hər an hazırdırlar. Sonda tələbələr “Azərbaycan əsgəri” sözlərindən ibarət flaşmob nümayiş etdiriblər.

tehsil-press.az

Oxşar xəbərlər