
Tehsil-press.az xəbər verir ki, jurnalistlərə hazırda istehkam işlərinin getdiyi bu yüksəkliyə yaxın getməyə icazə verilməyib. Onlar yüksəkliyi ancaq uzaqdan müşahidə edə biliblər.
Müşahidələrə əsasən hazırda Azərbaycan ordusu bu yüksəklikdə möhkəmlənir, istehkam işləri görür. Və jurnalistlərə məlumat verilib ki, “Lələtəpə”nin geri alınması nəticəsində erməni qüvvələri həmin istiqamətdə təxminən 700 metr-1 km məsafədə geri çəkilərək yeni mövqedə dayanıblar. Yüksəkliyin geri alınması nəticəsində silalı qüvvələrimiz həm Füzuli rayonunun bir sıra yaşayış məntəqələrinin müdafiəsini möhkəmləndirib, həm düşmənin nəzarətində olan ərazilərin dərinliklərinə doğru on kilometrlərlə məsafədə müşahidə aparmaq imkanı əldə edib.

tehsil-press.az