Ərdoğan Putinlə yenidən görüşə bilər

Ərdoğan Putinlə yenidən görüşə bilər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın sonuna doğru BMT-də keçirəcəyi danışıqlardan sonra yenidən rusiyalı həmkarı Vladimir Putinlə görüşə bilər.
“Putinin açıqlamalarından belə nəticə çıxardıq ki, taxıl dəhlizi ilə bağlı danışıqlar hələ bir müddət davam edəcək. Liderlər Ərdoğanın BMT-dəki təmaslarından sonra yenidən görüşə bilərlər”, - deyə qəzet yazıb.
Qeyd edək ki, 19-25 sentyabr tarixlərində BMT Baş Assambleyasının iclası keçiriləcək.
Xatırladaq ki, sentyabrın 4-ü Soçidə Rusiya və Türkiyə Prezidentləri arasında danışıqlar baş tutub.

Tehsil-press.az


Oxşar xəbərlər