
Tehsil-press.az Rusiya KİV-ə istinadən xəbər verir ki, “Həqiqət və ədalət” mediaforumunda ofşorla bağlı sualı cavablandıran Putin iddiaları təkzib edib: “Siz bura toplaşan jurnalistlər bilirsiniz ki, informasiya məhsulu nə deməkdir. Sizin itaətkar qulunuz orada yoxdur, demək ki, danışacaq heç nə yoxdur.
Rusiyanın rəqiblərini rus xalqının birliyi narahat edir. Buna görə də ölkəni içəridən sarsıtmaq cəhdləri var”.
Dövlət başçısı, həmçinin dostu Sergey Rolduqinin adının da ofşor qalmaqalında hallanmasına münasibət bildirib:
“O mənim dostumdur, bizneslə məşğuldur, lakin əlbəttə ki, milyardlar qazanmır. Bunlar cəfəngiyatdır. Mən fəxr edirəm ki, belə dostlarım var. O, bütün pullarını Rusiya üçün musiqi alətlərinin alınmasına sərf edir”.
tehsil-press.az