
Bu barədə Yonhap agentliyi Cənubi Koreya hökumətinə istinadla məlumat yayıb.
Bu gün Seulda üç ölkənin diplomatları görüşüblər. Görüşdə üçtərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, sammitin ilin sonunadək keçirilməsi imkanları müzakirə olunub.
ÇXR-Koreya Respublikası-Yaponiya sammiti ilk dəfə 2008-ci ildə keçirilib. Ötən müddətdə dövlət başçılarının səkkiz görüşü təşkil edilib. Onlar sonuncu dəfə 2019-cu ildə görüşüblər. Format məcburi əmək qurbanlarına təzminat ödənilməsi ilə bağlı Seul və Tokio arasında fikir ayrılıqları, eləcə də pandemiya səbəbindən dayandırılıb.
2022-ci ildə Koreya Respublikasında yeni prezident Yun Sok Yol hakimiyyətə gəldikdən sonra Yaponiya ilə ikitərəfli əlaqələrdə istiləşmə müşahidə olunur.
Tehsil-press.az