Məktəbəqədər təhsilin əhatə dairəsi genişlənir

Məktəbəqədər təhsilin əhatə dairəsi genişlənir 2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 344 məktəbəqədər təhsil müəssisəsinə 34 995 uşaq cəlb olunub.
2023-cü ilin iyul ayında Bakı şəhəri Hövsan qəsəbəsində 13 və 14 nömrəli uşaq bağçaları istifadəyə verilib. Yeni istifadəyə verilən 2 uşaq bağçasında ümumilikdə 10 qrup fəaliyyət göstərir. Uşaq bağçalarında 3-6 yaşlı 200 uşağın təlim-tərbiyəsi ilə 46 nəfər işçi məşğul olur.

Tehsil-press.az



Oxşar xəbərlər