Misirdə polis məntəqəsində yanğın zamanı 38 nəfər xəsarət alıb

Misirdə polis məntəqəsində yanğın zamanı 38 nəfər xəsarət alıb Misirin şimal-şərqində yerləşən İsmailiyyə şəhərindəki polis məntəqəsində yanğın baş verib.
Yanğın nəticəsində binanın fasadı dağılıb. Azı 38 nəfər xəsarət alıb, onlardan 26-sı xəstəxanalara yerləşdirilib. Yanğın başlayan zaman polis məntəqəsinin binasında olan insanların dəqiq sayı və hadisənin səbəbləri barədə hələlik məlumat yoxdur.
Yanğının söndürüldüyü bildirilir.

Tehsil-press.az



Oxşar xəbərlər