İtaliyanın parlament üzvləri təmas xəttində gərginləklə bağlı mətbuata bəyanat veriblər

İtaliyanın parlament üzvləri təmas xəttində gərginləklə bağlı mətbuata bəyanat veriblər İtaliya parlamentinin üzvləri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı İtaliya mətbuatında bəyanatla çıxış etmişlər. Sözügedən bəyanatlar İtaliyanın "Il Giornale" - http://www.occhidellaguerra.it/nagorno-karabakh-le-reazioni-italiane/; "Daily Cases" - http://www.dailycases.it/nagorno-karabakh-sergio-divina-costernati-per-ennesima-aggressione-armena/; "Andrade Lab" - http://www.andradelab.it/nagorno-karabakh-il-sen-divina-costernati-per-ennesima-aggressione-armena/ kimi analitik-informasiya portallarında yerləşdirilmişdir.
Tehsil-press.az-a Azərbaycanın İtaliyadakı səfirliyindən verilən məlumata əsasən, İtaliya-Azərbaycan Dostluq Qrupunun prezidenti senator Sercio Divina Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən məlum hadisələrlə bağlı aşağıdakı bəyanatı vermişdir: "İtaliya parlamentarları olaraq, Dağlıq Qarabağ regionunda baş verən son hadisələrdən narahatıq. Erməni tərəfinin mülki əhalinin də hədəfə alındığı saysız hücumları və ona Azərbaycan tərəfinin cavab verməsi sakitləşmiş münaqişə ocağının yenidən alovlanmasına səbəb olmuşdur. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsi mövcuddur ki, burada Ermənistan silahlı qüvvələrinin bütün işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılması tələb olunur. Sözügedən qətnamələr və Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti, ATƏT və NATO kimi beynəlxalq təşkilatların qəbul etdiyi bu səpgili sənədlərə Ermənistan tərəfindən məhəl qoyulmur. Biz itərdik ki, bu vəziyyətin qəbuledilməzliyi və münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün İtaliya Hökuməti və Parlamenti Ermənistandan müvafiq beynəlxalq qətnamələri və sənədlərə əməl etməyi tələb etsin."
Parlamentin Nümayəndələr Palatasının deputatı Demokratik Partiyanın üzvü xanım Kristina Margero bildirmişdir: "BMT Assambleyası və Təhlükəsizlik Şurası dəfələrlə təkrar etmişdir ki, münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün erməni silahlı qüvvələri Azərbaycanın ərazilərindən çıxarılmalıdır. İtaliyada bütün siyasi qrupların münaqişənin təhlili nəticəsində gəldiyi nəticə bu fikirlə eynilik təşkil edir."
"Foza Italia" ("İrəli İtaliya") siyasi partiyasını İtaliya parlamentində təmsil edən senator xanım Mariya Rizzotti beynəlxalq ictimaiyyətin tamamilə laqeyd qaldığı azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə və Azərbaycanın mədəni irsinin dağıdılması kimi münaqişənin nəticələrinə diqqəti yönəltmişdir. Heç bir nəticənin əldə edilmədiyinə görə düşmənçiliyin davam etdiyini vurğulamışdır.
Senator və "5 ulduz" partiyasının üzvü Canluka Kastladi bildirmişdir: "Davamlı sülhə nail olmaq üçün erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Qurumlar və siyasət arasında uzlaşmanın olması İtaliya üçün qeyri-adi haldır. Bir sıra məsələlərlə bağlı polemikalarda İtaliya hökuməti ilə ortaq məxrəcə gəlmək çətin olur, lakin vəziyyətin təhlili göstərir ki, məsələ ilə bağlı hər iki tərəfin rəyi eynidir."
Senatın Müdafiə Komissiyasının prezidenti Nikola Lattore qeyd etmişdir: "BMT-nin münaqişənin həlli istiqamətindəki cəhdləri nəticə verməmişdir. Beynəlxalq ictimaiyyətin kəskinləşmək ehtimalı olan münaqişəyə diqqəti olduqca zəifdir. Hal-hazırda atəşkəsə riayət olunması vacibdir. ATƏT Minsk Qrupu və həmsədrlərin təşəbbüsü ilə danışıqlara yenidən başlanılmalıdır."

tehsil-press.az

Oxşar xəbərlər