Astanada ÜST-nin Avropa komitəsinin sessiyası keçiriləcək

Astanada ÜST-nin Avropa komitəsinin sessiyası keçiriləcək Oktyabrın 24-26-da Astanada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional komitəsinin 73-cü sessiyası keçiriləcək.
“Qazaxıstan hökuməti, ÜST və BMT-nin Uşaq Fondu (UNICEF) 2023-cü il oktyabrın 22-23-də Astanada Almatı deklarasiyasının qəbulunun 45-ci və Astana deklarasiyasının qəbulunun 5-ci ildönümünə həsr olunan İlkin səhiyyə-sanitar yardımı üzrə qlobal konfrans, oktyabrın 24-26-da isə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional komitəsinin 73-cü sessiyasını keçirəcək”, - deyə məlumatda bildirilir.
Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun, UNICEF-in icraçı direktoru Ketrin Rasselin, ÜST-nin Avropa regional komitəsinin rəhbəri Hans Klügenin iştirakı gözlənilir. Plana əsasən, Qazaxıstanın paytaxtına ÜST üzvlərinin 80 rəsmi nümayəndə heyəti gələcək. Ümumilikdə isə tədbirə 600-650 nümayəndə üzbəüz, mindən çox nümayəndə isə online rejimdə qatılacaq.

Tehsil-press.az



Oxşar xəbərlər