Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirəcək

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirəcək Cənubi Koreya, ABŞ və Yaponiya ilk dəfə olaraq Koreya yarımadası yaxınlığında müştərək hava təlimlərinə başlayacaq.
Üç ölkənin Hərbi Hava Qüvvələri oktyabrın 22-nə planlaşdırılan birgə təlimlər çərçivəsində B-52 qırıcılarının müşayiəti ilə bir sıra uçuşlar həyata keçirəcək.
Qeyd edək ki, Birləşmiş Ştatlar, Yaponiya və Cənubi Koreya liderləri ABŞ prezidentinin “Camp David” iqamətgahında görüş zamanı KXDR-in artan nüvə və raket təhdidlərinə cavab olaraq təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
Vaşinqton, Tokio və Seul ötən həftə yeddi ildə ilk dəfə Koreya Yarımadasının cənubunda üçtərəfli dəniz təlimləri keçirib.

Tehsil-press.az


Oxşar xəbərlər