“Əbədi qəhrəmanlar” - BDU-da tədbir

“Əbədi qəhrəmanlar” - BDU-da tədbir Bakı Dövlət Universiteti (BDU) və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Əbədi qəhrəmanlar” adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad edilib.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, hər bir ali məktəbin əsas missiyası yalnız yüksəkixtisaslı, peşəkar kadrlar yetişdirmək deyil, həm də ölkəmiz üçün milli ruhlu əsl vətəndaşlar yetişdirməkdir. Qəhrəman şəhidlərimiz bizim üçün bunun örnəyini yaradıblar. Onlar Vətəni sevməyin, onun üçün göz qırpmadan düşmənə qarşı vuruşmağın, xalqa və dövlətə necə xidmət etməyin örnəyini yaradıblar: “Əgər Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etmişdirsə, onun siyasi, iqtisadi, hərbi təməllərini yaratmışdırsa, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz ölkəmizin ərazi bütövlüyünü bərqərar etdi, tarixi ədaləti bərpa edərək xalqımızın başını ucaltdı, Azərbaycanın Dövlət Bayrağını ən yüksək zirvələrdə dalğalandırdı.
Bu il sentyabrın 19-da antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, suverenliyimiz tam təmin olundu”.

Tehsil-press.az


Oxşar xəbərlər