BDU-nun “SABAH” qruplarının tələbəsi BMT-nin qərargahında təhsil səfərində iştirak edib

BDU-nun “SABAH” qruplarının tələbəsi BMT-nin qərargahında təhsil səfərində iştirak edib Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının hüquqşünaslıq ixtisası üzrə IV kurs tələbəsi Zübeyir Bağırzadə BMT-nin İsveçrənin Cenevrə şəhərində yerləşən qərargahında təhsil səfərində iştirak edib.
Səfər BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, “Gender Hub Azərbaycan” və “ELSA Azərbaycan” qeyri-hökumət təşkilatlarının birgə təşkilatçılığı ilə həyata keçirilib.
Təhsil səfərinin məqsədi BMT-nin insan hüquqları mexanizmlərinin işi ilə tanış olmaq, xüsusilə beynəlxalq qurumun qadın hüquqları və gender bərabərliyi sahəsində fəaliyyətini öyrənməkdir.

Tehsil-press.az



Oxşar xəbərlər