
Layihənin təlimçisi, Hüquq fakültəsinin III kurs tələbəsi Səyad Ələkbərov “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və Azərbaycan Respublikasının Konstitusiyası: müqayisəli təhlil” mövzusunda çıxış edib. Bəyannamənin beynəlxalq hüquqi statusu, milli qanunvericiliyə təsiri, aktuallığı, maddələrin təfsiri, Azərbaycan Respublikasının Konstitusiyası ilə müqayisəli təhlili məsələləri haqqında ətraflı məlumat verilib. İnteraktiv formada keçirilən təlim tələbələr tərəfindən böyük maraqla qarşılanıb və onların sualları cavablandırılıb.
Qeyd edək ki, layihə çərçivəsində yuxarı kurs tələbələri aşağı kurs tələbələrinə əvvəlcədən müəyyən edilmiş və hazırlanmış mövzular üzrə təlimlər keçirlər. Layihənin əsas məqsədi təlimçinin tələbəni öyrətməsi deyil, bildiklərini bölüşməyi və qarşılıqlı öyrənməsidir. Keçirilən seminarlar müddətində tələbələr özlərinin ictimai nitq, hüquqi araşdırma, təqdimat, arqumentlərdən düzgün istifadə kimi bacarıqlarını inkişaf etdirir, müəyyən edilmiş mövzu barəsində fundamental biliklər qazanırlar.
Tehsil-press.az