Musiqi ilə başlayıb, topların səsi ilə davam edən - Müharibə

Musiqi ilə başlayıb, topların səsi ilə davam edən - Müharibə Oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Belə ki, səhər saatlarında Qəzzanın sərhəd hasarını aşmış silahlılar 3500 gəncin qatıldığı Supernova musiqi festivalındakı insanlara atəş açıblar.
Nəticədə həmin gün 260 nəfər öldürülüb, onlarla insan girov götürülüb. Lakin ölü və girov sayının artacağı istisna edilmir, çünki hələ də ərazidə təmizlənmə işləri davam etdirilir.
Sözügedən gün onlarla Həmas döyüşçüsü Sukkot bayramını qeyd etmək üçün musiqi gecəsində bir araya gələn israillilərə atəş açıb.
Hadisə harada baş verib?
Festival Qəzzanı İsrailin cənubundan ayıran divardan təxminən 3,3 mil (5,3 kilometr) aralıda, Reim Kibbutzunun kənarında, açıq sahədə keçirilib.
Bununla da Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Ardınca isə İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına əsasən, hazırda oktyabrın 7-dən bu günə qədər Qəzza zolağında həlak olanların sayı 10 328 nəfərə çatıb. Ölənlərin 4237-nin uşaq, 2719-nun qadın olduğu bildirilir. BMT-nin son hesabatına görə, Qəzza zolağının təxminən 1,5 milyon sakini İsrail və HƏMAS arasında münaqişə ucbatından evlərini tərk etmək məcburiyyətində qalıb.
İsrailin Baş naziri Benyamin Netanyahu isə Qəzza şəhərini İsrail ordusunun mühasirəyə aldığını və onun daxilində fəaliyyət göstərərək HƏMAS-a hər gün, hər saat təzyiqi artıracağını açıqlayıb. O, Qəzza zolağında israilli girovların tam azad olunmayacağı təqdirdə müvəqqəti atəşkəslə razılaşmayacağını deyib.
Həmçinin oktyabrın 31-dən Yəmən HƏMAS-İsrail münaqişəsinə müdaxilə etdiyini rəsmən açıqlayıb. Yəmən silahlı qüvvələrinin nümayəndəliyi İsrailə onlarla raketin atıldığını bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər