95 yaşlı israilli ordu sıralarına könüllü yazıldı

95 yaşlı israilli ordu sıralarına könüllü yazıldı HƏMAS qruplaşmasının İsraili raket atəşinə tutması nəticəsində İsrail ordusu Qəzza zolağında hərbi əməliyyata başlayıb.
Bundan sonra bir çox İsrail vətəndaşı könüllü olaraq ordu sıralarına yazılmağa başlayıb.
Təəccüblüsü könüllülər siyahısında 95 yaşlı kişinin də yer alması olub. Onun bu təşəbbüsü sosial mediada da böyük rəğbətlə qarşılanıb.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. Hazırda döyüşlər davam edir. Ən son məlumata görə, İsrail ərazisində həlak olanların sayı 1200-ü ötüb. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə isə, Qəzza zolağında 900-dan çox fələstinli ölüb.

Tehsil-press.az



Oxşar xəbərlər