Almaniyada 76 islamçının həbsinə order verildi

Almaniyada 76 islamçının həbsinə order verildi Almaniya hakimiyyəti 76 islamçının həbsinə order verib. Ölkənin Federal Cinayət Polisi İdarəsi onların istənilən vaxt zorakılıq və ya terror aktları törədə biləcəklərini ehtimal edir.

“Report”un məlumatına görə, bu barədə “Welt am Sonntag” nəşri yazıb. Məlumatda son bir neçə il ərzində ölkəni tərk etmiş 800 müsəlmanın təxminən 60%-nin radikal olduğu qeyd edilir. Eyni zamanda təqribən 130 islamçı Suriyada və Şimali İraqdakı müxtəlif terror qruplaşmalarının tərkibində vuruşaraq ölüblər.
Həmçinin bildirilir ki, onların əksəriyyəti 30 yaşa qədər olan cavanlardır. Alman polisinin məlumatına görə, həmin şəxslərin təxminən üçdə biri terror aktları törətmək üçün ölkəyə qayıtmağa hazırlaşır.

tehsil-press.az

Oxşar xəbərlər