Putinin ənənəvi mətbuat konfransının vaxtı açıqlandı

Putinin ənənəvi mətbuat konfransının vaxtı açıqlandı Rusiya Prezidenti Vladimir Putinin ənənəvi mətbuat konfransı dekabrın 14-ü keçirilə bilər.
Bu il mətbuat konfransı ilə ənənəvi “Birbaşa xətt” yayımı birləşdiriləcək.
Qeyd edək ki, 2022-ci ildə Putinin nə geniş mətbuat konfransı, nə də “Birbaşa xətt” canlı yayımı keçirilməyib. Putinlə sonuncu “Birbaşa xətt” 2021-ci ilin iyununda, mətbuat konfransı isə 2021-ci il dekabrın 23-ü baş tutub.

Tehsil-press.az



Oxşar xəbərlər