Baydenə bunu arzuladı

Baydenə bunu arzuladı Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Co Baydeni ad günü münasibətilə təbrik edib və ona qələbə arzulayıb.
Zelenski bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin ilə görüşü zamanı bildirib.
“Prezidentə ad günü münasibətilə ən xoş arzuları çatdırın. Biz ona qələbə arzulayırıq və o, harda olacağına özü qərar verəcək”, - deyə Zelenski vurğulayıb.
O qeyd edib ki, Ukrayna hakimiyyəti Baydenə çox minnətdardır. Zelenski həmçinin əlavə edib ki, Ukrayna rəhbərliyi ABŞ-nin davamlı dəstəyinə ümid edir.
Qeyd edək ki, bu gün Co Baydenin 81 yaşı tamam olur.

Tehsil-press.az


Oxşar xəbərlər