Volodimir Zelenski və Co Bayden Rusiyadakı vəziyyəti müzakirə ediblər

Volodimir Zelenski və Co Bayden Rusiyadakı vəziyyəti müzakirə ediblər Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Baydenlə telefon danışığı aparıb. Prezidentlər regiondakı məsələlərlə yanaşı, Rusiyadakı vəziyyəti də müzakirə ediblər.
“Mən ABŞ prezidenti Co Baydenlə danışdım. Müsbət və ruhlandırıcı söhbət oldu. Biz hərbi əməliyyatların gedişini, Rusiyada gedən prosesləri müzakirə etdik. Qeyd olunub ki, beynəlxalq sülh bərpa olunana qədər dünya Rusiyaya təzyiq etməlidir”, -deyə Zelenski yazıb.
Zelenski söhbət zamanı Baydenə Ukraynaya göstərdiyi güclü dəstəyə görə təşəkkür edib.
“Ukraynanın səmasını qorumaq qabiliyyətini daha da artırmaq vacibdir. Bu kontekstdə mən də qırıcı koalisiyaya verdiyi dəstəyə görə təşəkkür etdim. Biz uzunmənzilli silahlara diqqət yetirməklə müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsini müzakirə etdik”, - deyə Ukrayna Prezidenti əlavə edib.
Zelenski qeyd edib ki, Baydenlə NATO-nun Vilnüs sammiti ərəfəsində mövqeləri razılaşdırıb, Ukrayna sülh formulunun həyata keçirilməsi üzrə işin davam etdirilməsi və Qlobal Sülh Sammitinə hazırlıq məsələlərini müzakirə edib.

Tehsil-press.az



Oxşar xəbərlər