Dövlət İmtahan Mərkəzi: ali məktəblərə ixtisas seçən 25 668 nəfər ərizəsini təsdiq edib

Dövlət İmtahan Mərkəzi: ali məktəblərə ixtisas seçən 25 668 nəfər ərizəsini təsdiq edib Ali məktəblərə ixtisas seçimi davam edir.
Saat 12.00-a olan məlumat əsasən, I ixtisas qrupu Azərbaycan bölməsi üzrə 7926, II ixtisas qrupu üzrə 5828, III ixtisas qrupu üzrə 6904, IV ixtisas qrupu üzrə 2232 nəfər ərizəsini təsdiq edib.
I ixtisas qrupu rus bölməsi üzrə 786, II ixtisas qrupu üzrə 650, III ixtisas qrupu üzrə 583, IV ixtisas qrupu üzrə 232 nəfər elektron ərizəsini təsdiq edib. V ixtisas qrupunda isə ərizəsini təsdiq edənlərin sayı ümumilikdə 550 nəfərdir.
Ümumilikdə bütün ixtisas qrupu üzrə 25 668 nəfər ərizəsini təsdiq edib.
Xatırladaq ki, müsabiqəyə yalnız iyulun 30-dan avqustun 13-dək elektron ixtisas seçimi ərizələrini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

Tehsil-press.az

Oxşar xəbərlər