
Tələbənin təhsil aldığı və köçürülmək istədiyi ixtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.
Tələbənin təhsil aldığı orta ixtisas təhsili müəssisəsində eyni ixtisas üzrə təhsilalma formasını dəyişməsi onun ərizəsi əsasında direktorun əmri ilə həyata keçirilir.
Bir orta ixtisas təhsili müəssisəsindən və ya ixtisasında digərinə köçürülmək istəyən tələbə aşağıdakı sənədləri toplamalıdır:
- tələbənin təhsil müddətində fənlər üzrə topladığı kreditləri və qiymətləri (hərf və balla) özündə əks etdirən sənəd (akademik transkript);
- şəxsin təhsil aldığı orta ixtisas təhsili müəssisəsində ixtisası üzrə kadr hazırlığı aparılmadığını və akademik məzuniyyət müddətinin başa çatdığını təsdiq edən müvafiq sənəd (akademik məzuniyyətdən qayıdan şəxslər üçün);
- orta ixtisas təhsili müəssisəsinə qəbul olunarkən topladığı bal haqqında sənəd.
Xatırladaq ki, orta ixtisas təhsili müəssisələrində təhsilalanların köçürülməsi Təhsil Nazirliyi tərəfindən yaradılmış transfer.edu.az elektron portalı vasitəsilə mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
Tehsil-press.az