
Bazar ertəsi günorta Ermənistan Müdafiə Nazirliyi 56 erməni əsgərinin öldüyünü açıqlamışdı. Beləliklə, atəşin dayandırılmasından indiyə kimi həlak olmuş erməni əsgərlərinin sayı 32-dən 62-yə yüksəlib. Bununla birlikdə, bu dövr ərzində cəbhədə ciddi qarşıdurma qeydə alınmayıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı öncə bildirmişdi ki, Qarabağda baş vermiş döyüşlərdə Ermənistan tərəfindən 200-dən çox əsgər həlak olmuş, 500-dən çox hərbçi yaralanmışdı.
tehsil-press.az