Qəzza nə qədər ziyan görüb? - Zərərin xəritəsi

Qəzza nə qədər ziyan görüb? - Zərərin xəritəsi Qəzza zolağının yeni peyk görüntüləri çəkilib.
Görüntülərə əsasən, təxminən 98000 binanın zərər gördüyü məlum olub. Daha 100 minə yaxın binanın da zədələnə biləcəyi açıqlanıb.
Xəritələrin təhlilini Nyu York Şəhər Universitetinin professoru Kori Şer və Oreqon Dövlət Universitetinin müəllimi Jamon Van Den Hoek aparıb. Onların qənaətinə görə, ilk hava zərbələrinə bölgənin şimal-şərq hissəsi məruz qalıb. Belə ki, Qəzza zolağının şimalında və şimal-şərqində yerləşən Beyt Lahia və Beyt Hanun şəhərləri HƏMAS-ın 7 oktyabr hücumlarından sonra hava zərbələrinin ilk hədəfi olub. Çünki İsrail Müdafiə Qüvvələri (IDF) ərazinin HƏMAS üçün sığınacaq olduğunu bildirib.
Yuxarıdakı şəkildən göründüyü kimi, oktyabrın 14-dən noyabrın 22-dək çoxmərtəbəli binaların silueti və məscidlər tədricən dağıdılıb. Qəzzanın mərkəzindəki Nuseyrat qaçqın düşərgəsi isə hərbi əməliyyatlarda bir neçə dəfə vurulub. BMT-nin məlumatına görə, düşərgədə təxminən 85 min insanın yaşadığı bildirilir.
Xatırladaq ki, noyabrın 24-ü Qəzza zolağında HƏMAS hərəkatı və İsrail arasında müvəqqəti atəşkəs barədə razılaşma qüvvəyə minib. İsrailin Müdafiə Ordusu Qəzza zolağında hərbi əməliyyatları dekabrın 1-i bərpa edib.

Tehsil-press.az


Oxşar xəbərlər