“Hizbullah” səhv etsə, Livan məhv olacaq”

“Hizbullah” səhv etsə, Livan məhv olacaq” "Hizbullah” səhv etsə, Livan məhv olacaq”.
Bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu mətbuat konfransı zamanı bildirib.
Netanyahu İsrailin mübarizəni davam etdirdiyini vurğulayıb:
“Münaqişələr davam edir. Ötən gün Müharibə Nazirləri kabineti ilə birlikdə İsrail Müdafiə Qüvvələrinə (IDF) artan güclə döyüşü davam etdirməyi tapşırdım. Son 24 saat ərzində HƏMAS-ın 400-dən çox hədəfini məhv etdik. Biz Xan Yunisdə hərtərəfli hava zərbələri həyata keçirdik. Beyt Lahiyadakı infrastrukturu məhv etdik. Qəzza zolağının şimalında fəaliyyətimizi davam etdiririk. Biz müharibəni bütün məqsədlərə çatana qədər davam etdirəcəyik və quru əməliyyatı olmadan bu məqsədlərə nail olmaq mümkün deyil. Yerüstü əməliyyat bu günə qədər əldə edilmiş nəticələrə nail olmaq üçün lazım idi və gələcək nəticələrə nail olmaq üçün də lazımdır”, - o bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər