İsrail HƏMAS silahlılarını məhv etmək üçün xüsusi mərkəz yaratdı

İsrail HƏMAS silahlılarını məhv etmək üçün xüsusi mərkəz yaratdı İsrailin Baş Təhlükəsizlik Xidməti və “Mossad” kəşfiyyat xidməti İsrailə hücumda iştirak edən HƏMAS yaraqlılarını izləmək və məhv etmək vəzifəsi daşıyan xüsusi əməliyyat mərkəzi yaradıb.
Yeni komanda mərkəzinin vəzifəsi İsrailə qəfil hücumda iştirak edən HƏMAS-ın “Nuxba” bölməsinin bütün yaraqlılarını müəyyən edib məhv etmək olacaq.
Qeyd edək ki, bundan əvvəl İsrail Müdafiə Qüvvələri Qəzza zolağına endirilən hava zərbələri nəticəsində “Nuxba” bölməsinin bir neçə komandirinin öldürüldüyünü elan etmişdi.

Tehsil-press.az



Oxşar xəbərlər