
Diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
“Bir neçə ildir ki, könüllülər fəaliyyət göstərirlər. “Vikipediya” təlimləri il boyu keçirilir və çox müsbət nəticələr əldə olunub. Könüllülər gürcü dilində Azərbaycanın görkəmli şəxsiyyətləri, Qarabağın kəndləri, tarixi-mədəni abidələrimiz və digər mövzuları əhatə edən məqalələr yaradır və zəginləşdirirlər. Bu günlərdə Marneuli “Vikipediya” klubunun üzvləri Aidə Omarova, Tahir Mahmudov, Aytəkin Allahverdiyeva, Sənan Omarov, Sinan Əhmədov, Aminə Əhmədova 30-a yaxın məqalə yaradıb və zənginləşdiriblər. Redaktə olunan və yaradılan hər məqalə gürcü oxucularına Azərbaycanla bağlı məlumatları çatdırır. Xarici dil bölmələrində fəallığın artması təbliğat nöqteyi-nəzərindən uğurlu fəaliyyət kimi qəbul olunmalıdır”, - deyə Elnur Eltürk qeyd edib.
Tehsil-press.az