AzTU ilə Özbəkistanın Cizzak Politexnik İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU ilə Özbəkistanın Cizzak Politexnik İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb Özbəkistanın Cizzak Politexnik İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru Camşid Abdunazarov Azərbaycana səfəri çərçivəsində AzTU-nun qonağı olub.
Rektor AzTU-nun beynəlmiləlləşməsi istiqamətində müxtəlif ölkələr, o cümlədən Özbəkistanın texniki ali təhsil müəssisələri ilə əməkdaşlıq etməsinin əhəmiyyətini vurğulayıb.
Camşid Abdunazarov təmsil etdiyi ali təhsil müəssisəsində görülən işlər haqqında məlumat verib.
Sonda iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Tehsil-press.az



Oxşar xəbərlər