ADU Özbəkistanın Ürgənc Dövlət Pedaqoji İnstitutu ilə əməkdaşlığa başlayır

ADU Özbəkistanın Ürgənc Dövlət Pedaqoji İnstitutu ilə əməkdaşlığa başlayır Özbəkistanın Ürgənc Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinin dekanı Zəfər Adilovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla ilə görüşüb.
Görüşdə iki ölkə arasında təhsil və elm əlaqələrindən danışılıb, müzakirələr aparılıb. Qeyd olunub ki, Ürgənc Dövlət Pedaqoji İnstitutu ilə Azərbaycan Dillər Universiteti arasında gələcək əməkdaşlıqla bağlı geniş imkanlar mövcuddur. Bu əməkdaşlıq tələbə mübadiləsi, birgə konfranslar, seminarlar və s. şəklində həllini tapa bilər.
Sonra iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Tehsil-press.az


Oxşar xəbərlər