Baş nazir Ciorcia Meloni İtaliyanın “Bir kəmər, bir yol” təşəbbüsündən çıxmasını şərh edib

Baş nazir Ciorcia Meloni İtaliyanın “Bir kəmər, bir yol” təşəbbüsündən çıxmasını şərh edib İtaliyanın Baş naziri Ciorcia Meloni ölkəsinin “Bir kəmər, bir yol” təşəbbüsündən çıxmasını şərh edib.
Ciorcia Meloni İtaliyanın Çin ilə münasibətlərinin əhəmiyyətini qeyd edib.
“Hesab edirəm ki, Çin ilə ticarət və iqtisadi əməkdaşlıq əlaqələri qorunub saxlanılmalı və təkmilləşdirilməlidir. Lakin “Bir kəmər, bir yol” təşəbbüsü bizim üçün gözlənilən nəticəni vermədi”, - deyə Baş nazir vurğulayıb.
Qeyd edək ki, İtaliya Çin tərəfindən irəli sürülən və tarixi İpək yolu üzərində ticarəti böyük layihələrlə canlandırmaq məqsədi daşıyan “Bir kəmər, bir yol” təşəbbüsündən çıxıb. Hökumət bununla bağlı Çinin Romadakı səfirliyinə rəsmi məktub göndərib və İtaliyanın təşəbbüsündə iştirakını uzatmayacağı bildirilib.
İtaliya “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ilk və yeganə G7-yə üzv ölkə olub.

Tehsil-press.az



Oxşar xəbərlər