Ariana Qrande uzun fasilədən sonra səhnəyə qayıdıb

Ariana Qrande uzun fasilədən sonra səhnəyə qayıdıb Ariana Qrande və Cennifer Hadson Nyu-Yorkdakı “Medison Skver Qarden”in səhnəsində Meraye Keriyə qoşulublar.
Ariana Qrande uzun müddət səhnələrdən uzaq qalıb. Müğənni son il ərzində xeyirxah cadugər Qlinda rolunu ifa etdiyi “Kinli” filmində çəkilişlərdə olub. Ona görə də bu ilin əvvəlində Londonda keçirilmiş konsert istisna olmaqla, onun fanatları canlı ifadan məhrum olmuşdular. Amma ötən istirahət günləri Ariana Qrande səhnəyə qayıdıb və Meraye Kerinin davam edən “Merry Christmas One and All” turu çərçivəsində xüsusi proqrama qoşulub.
“Merry Christmas One and All” amerikalı müğənni Meraye Kerinin ABŞ və Kanadada keçirilən 16 konsertdən ibarət on ikinci konsert turudur. Bu proqrama 2023-cü il noyabrın 15-də Kaliforniya ştatının Haylend şəhərində start verilib və dekabrın 17-də Nyu-Yorkda başa çatacaq.

Tehsil-press.az



Oxşar xəbərlər