Dünya şöhrətli meqastar Tarkan Avropada konsert verəcək

Dünya şöhrətli meqastar Tarkan Avropada konsert verəcək Türkiyənin dünya şöhrətli meqastarı Tarkan İstanbulun Harbiyə Cəmil Topuzlu Açıqhava Teatrında möhtəşəm konsert proqramı ilə çıxış edəcək.
Sentyabrın 21-də reallaşacaq konsert 23-dək davam edəcək.
Eyni zamanda, Tarkan oktyabrın 6-da Londonda, oktyabrın 26-da Münhendə konsert verəcək. Meqastar noyabrın 14-də Amsterdamda, 16-da Vyanda, 30-da isə Zürühdə çıxış edəcək. Dekabrın 21-də isə müğənninin Almaniyanın Köln şəhərində möhtəşəm konsert proqramı ilə çıxış edəcəyi gözlənilir.
Konsertdə o, yeni albomlarından və repertuarında sevilən digər pop mahnıları səsləndirəcək.

Tehsil-press.az

Oxşar xəbərlər