Müsavat Partiyasının üzvü Tofiq Yaqublu saxlanılıb. Bu barədə onun qızı Nigar Həzi məlumat yayıb. Hələ ki, onun nədə şübhəli bilindiyi açıqlanmayıb. DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumatı saytımıza təsdiq edib. Nazirlik rəsmisi qeyd edib ki, hazırda araşdırma aparılır.