12 uşaq atası olan 73 yaşlı yeni Küveyt əmri kimdir?

12 uşaq atası olan 73 yaşlı yeni Küveyt əmri kimdir? Küveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah vəfat edib.
Küveytin yemi əmri Mişal əl-Əhməd əl-Cabir əs-Sabah olub.
1940-cı il ildə anadan olan Şeyx Məşəl Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın qardaşıdır.
Şeyx Məşəl btidai təhsilini paytaxt Küveytdəki Mübarəkiyyə məktəbində alıb. O, təhsilinə İngiltərədəki Hinden Polis Kollecində davam edib və 1960-cı ildə oranı bitirib.
Şeyx Məşəl Küveytin Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Polkovnik rütbəsi ilə 1967-1980-ci illərdə Dövlət Təhlükəsizliyi Təşkilatının rəisi vəzifəsində fəaliyyət göstərib. O, 2004-cü ildə Milli Qvardiyanın rəis müavini olub. Küveyt əmiri Şeyx Nəvafın 15 noyabr 2021-ci il tarixli qərarı ilə Şeyx Məşəl vəliəhd təyin edilib.
Şeyx Məşəlin 7-si qız olmaqla ümumilikdə 12 övladı var.

Tehsil-press.az


Oxşar xəbərlər