ADMİU-nun 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim edilib

ADMİU-nun 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim edilib Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyinə həsr olunmuş “Best of the best” adlı konsert keçirilib.
ADMİU-nun Musiqi sənəti fakültəsinin Estrada sənəti kafedrası tərəfindən hazırlanmış konsertdə kafedranın tələbə və məzunları Məlik Məmmədov, Sərvər Yılmaz, Bəxtiyar Quliyev, Xasay Şıxıyev, Tamerlan Baxışlı, Elmira Atapour, Lalə İsmayılova, Mütəllim Mütəllimov, Nərmin Məmmədli, Valeriya Hüseynzadə, Aytac Fərəcova, Cavid Məmmədov, Cavad Sultanov və Jalə Quliyevanın ifasında Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndirilib.
İfaçıları Estrada sənəti kafedrasının konsertmeysterləri Əməkdar artist Fəridə Hüseynova, Zəhra Parlanova, Rəcəb Zeynalov və Nicat Aslanov müşayiət ediblər.
Tədbirin sonunda çıxış edən konsertin bədii rəhbəri, Estrada sənəti kafedrasının müdiri professor Məryəm Babayeva hər kəsə təşəkkürünü bildirib, doğma təhsil ocağının 100 yaşı münasibətilə rəhbərlik başda olmaqla bütün kollektivi təbrik edib.
Konsertdə Mədəniyyət Nazirliyinin əməkdaşı, digər ali təhsil müəssisələrinin nümayəndələri, kollec direktorları, müxtəlif təşkilatların təmsilçiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti iştirak edib.

Tehsil-press.az



Oxşar xəbərlər